Moskvaya doğru uçan PUA belə vuruldu - VİDEO

28-08-2023, 09:57           
Moskvaya doğru uçan PUA belə vuruldu - VİDEO
Sosial şəbəkədə Moskva istiqamətində uçan PUA-nın Lyubertsı vilayətində məhv edildiyi anı əks etdirən yeni video yayılıb.

Publika.az xəbər verir ki, videogörüntülər "Mash" "Telegram" kanalında yayımlanıb .

Kadrlarda özəl yaşayış binalarının üzərində səmada güclü parlaq parıltı görünür.

Qeyd edək ki, Ukraynaya məxsus PUA avqustun 28-nə keçən gecə yenidən Moskvaya hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə , hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Lyuberetski rayonu üzərində təyyarə tipli pilotsuz uçan aparatı vurub.

Paytaxtın meri Sergey Sobyanin bildirib ki, heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb.

Hücum baş verən gecə Moskvanın Vnukovo və Domodedovo hava limanları təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb. 15-dən çox reys uçuş və eniş üçün təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru