Şəhid Raquf Orucovun oğlu 3 universitetdən qəbul aldı

29-08-2023, 08:54           
Şəhid Raquf Orucovun oğlu 3 universitetdən qəbul aldı
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu 3 universitetdən qəbul alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında yazıb.

“Arzumuz İstanbul Texniki Universitetində ya da ADA Universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geologiya mühəndisliyi, YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisaslarını qazandı”, – deyə Sevinc Orucova bildirib.

Qeyd edək ki, “Murov Qartalı” ləqəbli R. Orucov 2016-cı il aprel ayının 2-də, Ermənistanla gedən döyüşlər zamanı şəhid olub. O ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru