Bərdədə doğuş zamanı faciə

12-07-2016, 13:16           

Ailə körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır.

Bərdədə yeni doğulan uşaq ölüb.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib.

Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.

A.Qocayevanın yaxınlarının verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.

Ailə körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.