Turbo.az-da nə baş verir? - Saytın rəhbərindən açıqlama
12-07-2016, 14:36
Turbo.az saytının rəhbəri Roman Volkov Avropa.info ilə əlaqə saxlayaraq bildirib ki, rəhbərlik etdiyi saytda elanların pullu olması ilə barədə yayılan məlumatlar əsassızdır.
R.Volkov bildirib ki, turbo.az-da hər bir elanın yerləşdirilməsi pulsuzdur.
Onun sözlərinə görə, son 10 il ərzində və gələcəkdə ödənişli elanların yerləşməsi nəzərdə tutulmur: "Eyni zamanda, saytımızda müəyyən ödənişli xidmətlər var, hər müştəriyə maşın alıb-satmaqda dəstək ola bilər. 3 AZN, 10 AZN ödəyərək və ya digər ödənişli xidmətlərdən istifadə edərək hər bir istifadəçi öz elanının irəlidə görulməsinə imkan yaradır.
Ödənişli elanların yerləşdirilməsi haqqında yayılan məlumatlar təxribat xarakteri daşıyır".
Xatırlada ki, turbo.az saytında elanların pullu olması ilə bağlı məlumatı avtosfer.az yayıb. Sayt xəbər verib ki, turbo.az-ın rəhbərliyi dəyişib. Daha doğrusu, saytı başqasına satıblar. Bu səbəbdən də artıq saytda bəzi xidmətlər pulludur. Avtosfer.az-ın xəbərində qeyd olunurdu ki, oxucuların verdiyi məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur.