Bakı Nəqliyyat Agentliyindən daha bir bildiriş - RƏSMİ

28-07-2016, 19:51           
Bakı Nəqliyyat Agentliyindən daha bir bildiriş - RƏSMİ
28.07.2016 cı il tarixində bır sıra KİV-də Bakı şəhərində taksi xidməti göstərən göstərən hüquqi və fiziki səxşlər üçün bir sıra yeniliklərin nəzərdə tutulması haqqında informasiyalar yayılmışdı. Bakı Nəqliyyat Agentliyinə istinadən yayılan həmin məlumatlarda bəzi məqamların düzgün başa düşülmədiyini nəzərə alaraq infomasiyanın bu formada yazılmasını məqsədə uyğun hesab edirik.
Belə ki, Bakı şəhəri və onun inzibati ərazisində taksi faəliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər “Fərqlənmə nişanı” əldə etməlidirlər. “Fərqlənmə nişanı”nın əldə edilməsi üçün müəyyən edilən dövlət rüsümü yalnız və yalnız ASAN xidmət mərkəzlərindəki müvafiq bank şöbələrində ödənilir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz alındıqdan sonra sürücü Bakı Nəqliyyat Agentliyinə müraciət edərək “Fərqlənmə nişanı”nı əldə edə bilər. Yəni yayılan informasiyalarda qeyd edildiyi kimi taksi fəaliyyəti üçün fərqlənmə nişanları ASAN xidmət mərkəzləri deyil Baki Nəqliyyat Agentliyi tərəfindən verilir.
Ümumilikdə isə taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeniliklər Bakı Nəqliyyat Konsepsiyası hazır olduqdan sonra tətbiq ediləcək. Konsepsiya üzərində iş isə artıq yekunlaşmaq üzrədir.

Bakı Nəqliyyat Agentliyinin
İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.