"Android" üçün tətbiq informasiyanı oğurlayan azərbaycanlı tapıldı - FOTOFAKT
29-07-2016, 13:41
"Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlaması ilə bağlı yayılan məlumatla bağlı yeni məqamlar aşkarlanıb.
Cebhe.info xəbər verir ki, oğurluq faktlarını "Symantec" şirkətinin mütəxəssisləri aşkarlayıb.
Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə "Google" şirkətini xəbərdar edib. Bunun ardınca "Google" tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib.
"Symantec"in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.
Araşdırmalar zamanı məlum olub ki, server Azərbaycanda yerləşən proqnoz.info saytı dağıdılsa da saytın sahibi Alatava 2 yaşayış massivində yaşayan Əli Məmmədov adlı şəxsdir.
Maraqlı məqamlardan biri də odur ki, həmin şəxsin adına bir neçə tanınmış şirkətin də rəsmi saytları var.