Polis sahibkarlardan pul alan 3 nəfər "vergi işçisini" saxladı
29-07-2016, 15:50
Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb. teref.az-nun "Report"a istinadən verdiyi məlumata görə, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər. Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayevin üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb. Faktla bağlı araşdırmalara başlanılıb.
Polis sahibkarlardan pul alan 3 nəfər "vergi işçisini" saxladı