Azərbaycanda yol nişanları güllələndi - SIYAHI

29-07-2016, 22:25           

Quba-Xınalıq yolunda yol nişanları güllələnib.

teref.az "Report"a istinadən bildirir ki,5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanovun dediyinə görə, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru Azad Əsədov "Report"a açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru