“Azərxalça” ASC İsmayıllıda xalça fabriki tikintisiə başlayıb. FOTO
3-08-2016, 19:18
teref.az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetininin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xalçaçılıqla əlaqədar demişdir:- “Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.
“Azərxalça” ASC İsmayıllı üçün xarakterik olan bu gəlirli sənət növünün sənaye əsasında istehsalının təşkili məqsədilə şəhərin Əfzələddin Xaqani küçəsində yeni fabrik tikintisinə başlayıb.
Dövlət investisiya qoyuluşu ilə başa gələcək obyekt üçün 0,48 hektar torpaq sahəsi ayrılıb. Bunun 1204 kvadratmetri tikinti altına gedəcək. Toxuçuluq zalı 440 kvadratmetrdən ibarət olacaq. Layihədə müasir sərgi və konfrans salonları, yeməkxana, digər məişət obyektləri də nəzərdə tutulub.
Fabrikdə 170 nəfər xalçaçı özünə daimi iş yeri tapacaq.
Bu da dövlətin vətəndaşların sosial-iqtisadi həyatını daha da yaxşılaşdırmaq naminə həyata keçirdiyi çox səmərəli tədbirlərdən biridir.