Tanınmış jurnalist "bandotdel"ə çağrıldı - "Görək nə olur..."
4-08-2016, 12:26
Tanınmış jurnalist Məmməd Süleymanov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.
Qaynarinfo.Az xəbər verir ki, bununla bağlı jurnalist özü "Facebook" da yazıb.
"Səhər saat 10-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olacam. Dəvətin motivi özümə bəlli deyil. Görək nə olur..." Məmməd Süleymanov 1971-ci il martın 8-də Zaqatalada anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib. 1994-96-cı illərdə cərrah işləyib. Mətbuatda ilk yazıları ASDP-nin orqanı olan "İstiqlal" qəzetində çıxıb. "7 Gün", "Gündəlik Azərbaycan", "Bizim Yol" və "Alma" qəzetlərində redaktor və yazar kimi fəaliyyət göstərib. Bir müddət Rusiyanın "Reqnum" informasiya agentliyinin Azərbaycanda müxbiri kimi işləyib. "Çe Gevaranın son sirri", "Ədəbi portretlər" kitablarının müəllifidir.