"Qarınqulu"ların mədəsi iflic ola bilər - XƏBƏRDARLIQ
16-02-2024, 18:08
Həddindən artıq yemək mədə-bağırsaq traktında bir sıra problemlərə səbəb ola bilər. Söhbət yalnız mədə yanğısı və köpdən getmir. Çox yemək həm də mədə iflici ilə nəticələnə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə həkim Nikita Xarlov xəbərdarlıq edib.Onun sözlərinə görə, mədə iflic olduqda, insanın tıxac refleksi yox olur. O, çoxlu qida qəbul edə və mədə-bağırsaq traktının motor funksiyası pozulduğu üçün bədəndə tıxanma yarana bilər.Bunların baş verməməsi üçün həkim bir oturuma təxminən 300 qram yemək yeməyi məsləhət görür. Həcm baxımından bu, təxminən 300-400 mililitr olacaq və zərəri nisbətən az olacaq.