Oğlum sağ, sağlam və xoşbəxt idi - Navalnının anası
17-02-2024, 07:44
Bu gün vəfat etdiyi bildirilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anası oğlu ilə sonuncu dəfə fevralın 12-də görüşdüyünü bildirib.
Referans.az xəbər verir ki, Lyudmila Navalnaya bu barədə özünün "Facebook" səhifəsində yazıb. O, görüş zamanı oğlunun sağ, sağlam və xoşbəxt olduğunu bildirib:
"Heç bir başsağlığı eşitmək istəmirəm. Biz onu həbsxanada (fevralın 12-də) görəndə, sağ, sağlam və xoşbəxt idi".//Modern.az