74 yaşlı kişi 20 il qan damarında iynə ilə yaşayıb

19-02-2024, 09:58           
74 yaşlı kişi 20 il qan damarında iynə ilə yaşayıb
Bədənimiz heyrətamiz və paradoksaldır. Bəzən insanlar bədənlərində yad cisimlə illərlə yaşaya bilər və hətta uzun müddət bundan şübhələnmirlər.

Aztibb.az “Doctor Piter” nəşrinə istinadən xəbər verir ki, Çindən olan 74 yaşlı kişi həkimə yaddaş problemlərinə görə müraciət edib. O, anevrizma xəstəliyindən əziyyət çəkdiyini düşünürdü. Amma sonda məlum olub ki, kişi 20 il başında iynə ilə yaşayıb.

Zamanla kişi yaddaş problemləri yaşamağa başlayıb, bu səbəbdən onun tibbi yardıma ehtiyacı olub. Müayinə zamanı müəyyən edilib ki, iti, çox kiçik, qızılı rəngli iynə xəstənin beynindəki arteriyaya ilişib və qanaxmaya səbəb olub.

Kişinin qohumları xatırlayırdılar ki, hələ 2000-ci illərin əvvəllərində miqren tutmaları səbəbindən o, akupunktur prosedurlarından keçib. Məlum olub ki, çinli 20 il beyninin içərisində iynə ilə yaşayıb.

Obyekti çıxarmaq üçün həkimlər əvvəlcə xəstənin kəllə sümüyünün bir hissəsini kəsməli olublar. Daha sonra cərrahi mikroskopdan istifadə edərək iynəni arteriyadan çıxarıblar.

Həkimlər kişiyə kəllədaxili psevdoanevrizma diaqnozu qoyublar ki, bu zaman beyindəki damardan qan sızır, lakin ətrafdakı toxumalar tərəfindən yerində saxlanılır.
Alimlərin fikrincə, bu, tibbi ədəbiyyatda təsvir olunan akupunktur iynəsi nəticəsində yaranan psevdoanevrizmanın ilk hadisəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.