Yəmən sahillərində piratlar ticarət gəmisinə basqın ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Böyük Britaniya HDQ yanında dəniz ticarət daşımalarını koordinasiya Mərkəzindən bildiriblər ki, insident Moxa limanından 35 dəniz mili cənubda qeydə alınıb.