Avstriyada listeria epidemiyasına səbəb olan süd zavodunun rəhbərini həbs olunub. Foodinfo.az xəbər verir ki, “Käserei Gloggnitz” şirkətinin müdiri bu həftə 13 ay həbs cəzasına məhkum olunub. Mediada yayılan xəbərlərə görə, 39 yaşlı şəxsə bir neçə ittiham irəli sürülüb. Lakin o, ittihamları rədd edib və hökmü ədalətsiz adlandırıb.Qeyd edək ki, şirkətin istehsal etdiyi süd 2020-ci ildən 2022-ci ilə qədər bir listeria epidemiyası ilə əlaqədar 10 hadisəyə səbəb olub.“Käserei Gloggnitz” 2022-ci ildə maliyyə problemləri ilə üzləşib və 2023-cü ildə zavod bağlanıb.2023-cü ilin yanvar ayında keçirilən auditdə süd zavodunun faliyyəti araşdırılıb problemlər aşkar edilib. Belə ki, 2022-ci ilin payızında infeksiya barədə elandan sonra yoxlama gecikdirilib.