Lotereya qalibi milyonları itirdi

21-02-2024, 10:34           
Lotereya qalibi milyonları itirdi
ABŞ-da lotereya qalibi öz uduşu üçün müraciət etmədiyinə görə 36 milyon dollar itirib.

Gununsesi.info xəbər verir ki, bu haqda “Business Insider” yazıb.

Lotereya təşkilatçılarının sözlərinə görə, qalib əlaqə saxlamadığı üçün tirajın nəticələrini ləğv etməli olublar. Onlar bu hadisənin tarixdə ilk belə hal olduğunu bildiriblər. Bundan əlavə, milyonların sahibi ortaya çıxsa belə, ona həmin uduş verilməyəcək. Çünki qaydalar belədir.

Qeyd edək ki, uduşlu bilet 2023-cü ilin avqustunda Ceksonvil şəhərində alınıb. Bildirilib ki, cekpotun təxminən 80 faizi xeyriyyəçiliyə, qalanı isə digər mükafat fondları arasında bölüşdürüləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.