Maqneziumu artıran qidalar
22-02-2024, 16:57
Soyuq hava ilə immunitet zəifləməyə başlayır. Xüsusilə bu dövrdə geniş yayılmış bədən ağrıları, halsızlıq, yorğunluq, kramplar, yuxusuzluq kimi problemlər yaşayırsınızsa, bədəninizdə maqnezium çatışmazlığı ola bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssislər bu problemləri aradan qaldırmaq üçün maqneziumlu qidalar yeməyinizi tövsiyə edirlər.Yeməklərə və salatlara dad qatan şüyüd, nanə və reyhan bədənin maqnezium ehtiyatlarına xidmət edəcək qidalar arasındadır. Badam, fıstıq, fındıq və balqabaq tumları düzgün miqdarda və nizamlı olaraq istehlak edilsə, bədənin maqnezium ehtiyacını qarşılaya bilər. Misal üçün; 100 qram badamda 270 mq, balqabaq tumunda 262 mq, fıstıqda 168 mq maqnezium var. Lobya, noxud, mərcimək kimi paxlalıları həftədə 2-3 gün menyunuza daxil etməlisiniz. Bu paxlalılar əhəmiyyətli miqdarda maqnezium ehtiva edir. Soya da maqnezium baxımından qiymətli qidadır. Gündəlik maqnezium ehtiyacınızın təxminən 70-ni qarşılaya bilər.