Azərbaycanlı kriminal avtoritet ABŞ-a ekstradisiya edildi
22-02-2024, 15:54
Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.
Referans.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham edib.
Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çexiyada order əsasında həbs edilib. Çexiyanın ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-a ekstradisiyası haqqında qərar imzalayıb.