Naməlum şəxslər oğlunun girovluqdan azad edilməsi üçün Ağdaş sakinindən 10 min manat tələb ediblər
22-08-2016, 13:53
Ağdaş rayonu Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürdüklərini və onun buraxılması müqabilində 10 000 manat pul tələb etmələrini bildirib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulub.