Əli Kərimlinin köməkçisi 3 aylığa həbs edildi

22-08-2016, 17:57           

Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, Azadlıq” qəzetinin yayım üzrə direktoru Faiq Əmirli barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Müstəntiq Faiq Əmirli barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsi haqda təqdimat verib.

Məhkəmə müşavirədən sonra Faiq Əmirli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma), və 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddələri ilə ittiham olunur.

Vəkili A.Layıcov qeyd edib ki, F.Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir: «Nə qədər qəribə olsa da, istintaq materiallarında F.Əmirli «Hizmet» hərəkatının imamı kimi təqdim edilir .
Modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.