Generalın adam döydüyü deyilən idmançı qohumu xəbərə etiraz etdi: ''Mən yetimin nə vaxt 'Bentley-si oldu ki..?''

24-08-2016, 08:31           

Ötən gün Bakıda dəniz sahilində yerləşən istirahət mərkəzlərindən birində bir müddət əvvəl Azpetrol əməkdaşını döyməsi ilə gündəmə gəlmiş İsa Əzizovun yenidən dava saldığını xəbər vermişdik. Criminal.az-ın məlumatında qeyd olunurdu ki, İ.Əzizov “Dalğa Beach-Aqua Park” istirahət mərkəzinində dava salıb. O, istirahətə gələn gəncin qulağını partladıb.

Dava istirahət mərkəzində əyləncəli atraksionda sürüşərkən istifadə olunan döşəkçəni üstündə düşüb. Orda əylənən bir gəncə yaxınlaşan İ.Əzizov ona sürüşəndən sonra döşəkçəni ona verməsini deyib. Həmin oğlan isə döşəkçəni İsaya deyil, qıza verib. Buna əsəbləşn İsa yümruqla həmin gəncə zərbə vurub. Zərbənin təsirindən oğlan hovuza düşüb. Qulağından qan gələn gənci mərkəzin işçiləri özünə gətirib. Mühafizəşilər münaqişəni elə yerindəcə həll ediblər.

İ.Əzizov Criminal.az-la əlaqə saxlayaraq məlumatın həqəqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən heç bir istirahət mərkəzinə getməyib və dava olmayıb.

''Bu hadisəni sübut etmək lazımdır. Sübut edə bilməsəniz öz başınız ağrıyacaq. Görüşəcəyik görəcəksən. Mənim haqqımda niyə belə məlumat yayırsınız? Belə bir hadisə olmayıb.Mənim xeyli problemlərim olub. Məni camaatın ağzına salırsınız. O vaxt da yazdılar ki Bentley maşınım var. Mən yetimin nə vaxt Bentley maşını oldu ki..?''-deyə İ.Əzizov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.