Rusiyada məscidin qapısının qarşısına donuz qalıqları atılıb

3-07-2024, 10:06           
Rusiyada məscidin qapısının qarşısına donuz qalıqları atılıb
Rusiyanın Tümen şəhərində naməlum şəxslər məscidin qapılarının qarşısına donuz qalıqları atıblar.

Məscid qulluqçuları səhər tezdən eyvanda donuz ayaqları aşkar ediblər. İşçilər hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.

Jurnalistlərlə söhbətində məscid işçisi donuz qalıqlarının fərqlənmək istəyən insanlar tərəfindən gətirildiyini irəli sürüb.

"Mən məşhurlaşmaq istəyən xəstə insanlara kömək etmək istəməzdim", - deyə o bildirib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru