Azərbaycanda “Skype”ın fəaliyyəti məhdudlaşdırıldı
6-07-2015, 17:28
Bu gündən Azərbaycanda səs, mətn və videogörüntünü təmin edən “Skype” internet proqramının fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə məlumatı “Report” yayıb.
Bildirilir ki, “Skype” əlavəsinə giriş etmək fərdi kompyuter və mobil qurğular vasitəsi ilə “login” -daxilolmanı həyata keçirmək mümkün deyil.
Yəni, istifadəçi “login” yerinə ad və şifrəni daxil edərkən proqram əvvəlki kimi açılmır.
Həmçinin, günün əvvəlindən açıq olan əlavə (artıq “Skype”da olan istifadəçilər) vasitəsilə mətn, şəkillərin göndərilməsi də əsasən mümkün deyil. İstifadəçilər qeyd edirlər ki, ancaq VPN və “Proxy” proqramları vasitəsilə “Skype”dan maneəsiz istifadə etmək mümkündür.
Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı əksər internet provayderlərinin şəbəkəsində müşahidə olunur.
Həmçinin, bildirlir ki, proqrama daxilolmanı uğurla həyata keçibsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmıq.
Lakin veb-brauzer vasitəsi ilə login.skype.com səhifəsinə daxil olmaq mümkünsüzdür və bu, proqramın istifadəsinin məhdudlaşdırıldığını göstərir.