Bakıda xəstəxanada yoxa çıxan uşaq tapıldı - GECƏ SAAT 4-DƏ

5-06-2017, 13:06           
Bakıda xəstəxanada yoxa çıxan uşaq tapıldı - GECƏ SAAT 4-DƏ
Şənbə günü Bakıda Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı birləşmiş şəhər poliklinikasında itkin düşən 10 yaşlı oğlan tapılıb. Lent.az xəbər verir ki, 32-ci Polis Bölməsinin əməkdaşları əqli qüsurlu Elçin Canqayev gecə saat 04 radələrində Qaraçuxur qəsəbəsində ara məhəllələrdən birində tapılıb. O, ailəsinə təhvil verilib.

Bildirilir ki, azyaşlı fikirlərini ifadə edə bilmir və gecə yarısından keçmişədək küçələrdə nəzarətsiz qalıb.

Qeyd edək ki, 10 yaşlı uşaq xalası ilə birgə xəstəxanada olarkən qəfil yoxa çıxmışdı.


*****

4 iyun 18:59

Dünən Bakıda 10 yaşlı uşaq itkin düşüb. Lent.az xəbər verir ki, Qaradağ rayon sakini olan Aynur Mirağayeva (adlar şərtidir) polisə müraciət edərək bildirib ki, 10 yaşlı oğlu Elçin Canqayev naməlum şəraitdə itkin düşüb. Belə ki, uşaq xalası Gülnurla birgə Suraxanı rayon Qaraçuxur qəsəbəsi ərazisindəki 15 saylı birləşmiş şəhər polklinikasına gedib. Burada bir neçə dəqiqə nəzarətsiz qalan azyaşlı xəstəxana binasını tərk edərək naməlum istimqamətə gedib.

Artıq 32-ci Polis Bölməsinin məkdaşları 10 yaşlı uşağın axtarışlarına başlayıb.

Ailə üzvlərinin dediyinə görə, itkin düşən uşaq əqli qüsurludur və fikirlərini ifadə etməkdə çətinlik çəkir.

Axtarış tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.