Qızını və heyvanları zorlayan nehrəmli manyak Bakıda tutuldu

9-07-2015, 16:55           
Qızını və heyvanları zorlayan nehrəmli manyak Bakıda tutuldu
Paytaxtda seksual manyak həbs edilib. Movqe.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, xeyli müddətdir 13 yaşlı qızını və həyətdəki ev heyvanlarını zorlayan Babək rayonunun Nehrəm kənd sakini, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Mirzəliyev Malik Cəfər oğlu Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Mənbənin verdiyi məlumata görə, seksual manyak olan Malik Mirzəliyev dəfələrlə "atası” tərəfindən zorlanan 13 yaşlı M.M-nın şikayəti əsasında həbs olunub: "Bu hadisə ilə bağlı 13 yaşlı qız qardaşı ilə birgə hüquq-mühafizə orqanına şikayət edib. Onların verdiyi ifadə zamanı bəlli olub ki, M. Mirzəliyev uzun müddət öz doğma qızı ilə təbii yolla cinsi əlaqədə olub. M. Mirzəyevin şəhvət, ehtiras hissi bununla da bitməyib. Ata adına ləkə olan seksual manyak həyətdəki ev quşlarını da dəfələrlə zorlayırmış. Bu hərəkətləri barədə heç kəsə bir kəlmə belə deməməsi üçün, M. Mirzəliyev zorladığı qızını anasını döyməsi ilə təhdid edirmiş.

Hadisəni uzun müddət ailə üzvlərindən gizlətmək məcburiyyətində qalan qızcığaz iki dəfə də öz doğma "ata”sından hamilə qalıbmış. M. Mirzəliyev qızının arzuolunmaz hamiləliyini pozmaq, onu zorladığının üstünün açılmaması üçün ona hamiləliyi pozan həblər verməklə çirkin niyyətini həyata keçirib. Mütəmadi olaraq "ata”sı tərəfindən zorlanan qız, nəhayət ki, başına gələnləri qardaşına danışıb. Qardaşı bacısını götürərək Sabunçu rayonu 12-ci Polis Bölməsinə şikayət edib. Bu şikayətdən sonra qızın zorlanmaya məruz qaldığını təsdiqləyən hüquq-mühafizə orqanları seksual manyakı həbs ediblər.

Məlumata görə, istintaq zamanı, seksual manyakın öz həyat yoldaşını da tez-tez döydüyü məlum olub. Və qızını da zorlayarkən bu barədə ailə üzvlərinə bir söz desə, anasını yenə döyəcəyi ilə hədələyirmiş.

Mənbənin verdiyi xəbərə görə, M. Mirzəliyev 1960-cı il təvəllüdlüdür. Seksual manyak dəfələrlə öz gəlininə qarşı da seksual xarakterli hərəkətlər edirmiş. O, Bakıxanov qəsəbəsi ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Bu hadisənin Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğundan indiyədək ictimaiyyətə açıqlanmamasının səbəbi məhz xəbərin cəmiyyətdə rezonans doğuracağı ilə bağlı olub.

Artıq seksual manyak barədə həbs-qəti imkan tədbiri seçilib. Qeyd edək ki, M. Mirzəliyevin bu nikahdan 4 övladı var. Onlardan 3-ü oğlan, sonuncusu isə qız imiş.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.