Polis dostunu qorumaq istədi və... - “4 kiloqramlıq tiryək işi” ilə bağlı yeni iddia
15-07-2015, 12:53
Salyan sakini “mal”ın əsil sahiblərinin məsuliyyətdən kənarlaşdırıldığını bildirir
Salyan rayonu Beşdalı kənd sakini, 80 yaşlı əmək veteranı Hüseynov Balaqardaş Balaeyvaz oğlu baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edərək, hazırda istintaq təcridxanasında saxlanılan oğlu Rövşən Hüseynovun başına gələnlərin obeyktiv araşdırılmasını xahiş edib.
O, müraciətinin surətini infom.az-a təqdim edərək, həqiqətin üzə çıxarılmasında KİV-lərdən dəstək umduğunu da dilə gətirib.
Ahıl yaşlı ata hüquq-mühafizə orqanları rəhbərlərinə ünvanladığı müraciətdə oğlunun etmədiyi əmələ görə təqsirləndirilməyini, əsil günahkarların isə məsuliyyətdən kənarda qalmağını qeyd edib:
“2015 ci ilin martın 5-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşı olan tanışı Salyan rayon sakini Elşən Əliyev və adıçəkilən şəxsin yeznəsi Təlamtüm Mirzəyev birinciyə məxsus 99 NN 353 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobillə gəzməyə getmək adıyla Rövşəni gəlib evdən aparıblar.
Oğlum evdən gedəndən 2 gün sonra eşitdm ki, onları Cəlilabad rayonunun Dələli kəndi ərazisndə sərhəd qoşunlarnın əməkdaşları saxlayıblar.
Polis dostunu qorumaq istədi və...
Həbsin motivi mənə tam aydın olmasa da, söhbətin 4 kiloqram narkotik vasitədən getdiyini bilirəm. Onu da bilirəm ki, həmin vasitələrin oğluma qətiyyən aidiyyəti yoxdur. Sadəcə ilkin dindirmə zamanı oğlum dostu Elşən Əliyevlə onun yeznəsi Təlatüm Mirzəyevin adına xələl gəlməsin deyə məsuliyyət yaradan hər şeyi öz üzərinə götürüb.
Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müstntiqi adları çəkilən şəxsləri nəyinsə qarşılığında istintaqdan yayındırıb.
Mənim oğlum ziyalı, vətənpərvər (Qarabağ savaşının iştirakçısı) kimi tanınır. Onu bu adla təqsirləndirmək və yaxud da başqasının əməlinə görə cəzalandırmaq qanunsuz olmaqla yanaşı, həm də insani, mənəvi baxımdan doğru deyil.
Oğlum ağır formalı şəkər xəstəsidir. Odur ki, işin obyektiv və qərəzsiz araşdırılmasnı, əsil təqsirkarların üzə çıxarılmasını, eyni zamanda, günahsız yerə saxlanılan oğlumun dərhal həbsdən azad olunmasını xahiş edirəm.”