Qarabağda iki erməni tankı minaya düşüb partladı

21-07-2015, 22:32           
Qarabağda iki erməni tankı minaya düşüb partladı
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

Ermənistan KİV-lərinin verdiyi məlumata görə, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub.

Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar (report.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru