"Azərbaycan Beynəlxalq Bankı"nın Müşahidə Şurasının yeni tərkibi açıqlanıb – SİYAHI

23-07-2015, 21:08           
"Azərbaycan Beynəlxalq Bankı"nın Müşahidə Şurasının yeni tərkibi açıqlanıb – SİYAHI
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb.

"APA-Economics"in xəbərinə görə, Müşahidə Şurasında 5 nəfər təmsil olunub. Bunadək Şurada 7 nəfər təmsil olunub. Ötən gün keçirilən səhmdarların ümumi yığıncağında alınan qərara əsasən, bankın Müşahidə Şurası üzvlərinin sayı 7-dən 5-ə endirilib.

Beləliklə, hazırda Şuraya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov, fiziki şəxs Səidə Bayramova yeni təsdiqlənə Şuranın üzvləridir.

Qeyd edək ki, bundan öncə fiziki şəxslər Fuad Məmmədov və Vəli Kərimov yuxarıda adları çəkilən 5 nəfərlə birlikdə Şuranın üzvləri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.