“BP-Azerbaijan” işçisi ilə maaş davasını uduzdu - qalmaqal

23-07-2015, 21:25           
“BP-Azerbaijan” işçisi ilə maaş davasını uduzdu - qalmaqal
Nəsimi Rayon Məhkəməsi “BP-Azerbaijan” şirkətinə qarşı iddianı təmin edib.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, şirkətin bu ilin yanvarında ixtisar adı işdən çıxardığı neftçilər işə bərpa, buraxılmış iş günlərinin məvacibinin ödənilməsi və təzminat tələbi ilə iddia qaldırıblar.

Nəsimi Rayon Məhkəməsi şirkətin keçmiş əməkdaşı Nemət Məhəmmədovun iddiasını təmin edib. Şirkət N.Məhəmmədovu işə bərpa etməli, yanvar ayından indiyədək olan əməkhaqqını ödəməlidir.

Daha bir iddiaya isə iyulun 29-da baxılacaq. Şirkətin əməkdaşı Qorsiyət Manıyev işə bərpa, təzminat və buraxılmış iş günlərinin əməkhaqqını ödəməyi tələb edir.

Qeyd edək ki, “BP-Azerbaijan” yanvarda ixtisar aparmışdı. 255 azərbaycanlı əməkdaş işdən çıxarılmışdı. İlin birinci yarısınadək daha 422 əməkdaşın ixtisara düşəcəyi gözlənilirdi.

Mətbuatda verilən məlumatda isə bildirilirdi ki, “BP-Azerbaijan” bu il 110 yeni işçi götürməyi planlaşdırsa da sonradan bu qərarı təxirə salıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.