Psixoloqun evindən 170 min dollar oğurlandı - BAKIDA

27-07-2015, 13:13           
Psixoloqun evindən 170 min dollar oğurlandı - BAKIDA
Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. teref.az report.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru