İmişlinin bərbad səhiyyəsi daha bir can aldı

27-07-2015, 18:07           
İmişlinin bərbad səhiyyəsi daha bir can aldı
İndicə Moderator.az - a daxil olan məlumata görə İmişli Mərkəzi Xəstəxanasında həkim məsuliyyətsizliyi daha bir vətəndaşımızın ölümünə səbəb olub.
Belə ki, İmişlinin Qaralar kənd sakini 47 yaşlı Akif Ağayev rayonun Qaz İstismar İdarəsində sürücü işləyirmiş və elə həmin kəndin ərazisindəki təmir işləri zamanı qəflətən halı pisləşən Akif Ağayevi təcili olaraq rayon xəstəxanasına gətiriblər. Amma həkimlər nahar fasiləsində olduğundan kimsə ağır xəstəyə yardım edə bilməyib və nəticə xəstə dünyasını dəyişib. Mərhumun övladları atalarının məhz həkim məsuliyyətsizliyinin qurbanı olduğunu və buna görə prokurorluq orqanlarına şikayət edəcəklərini bildiriblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.