Rusiyada kollecdə atəş açan tələbə: Hamınıza nifrət edirəm! - FOTO

10-05-2018, 14:14           
Rusiyada kollecdə atəş açan tələbə: Hamınıza nifrət edirəm! - FOTO
Rusiyanın Novosibrsk əyalətində Nəqliyyat Texnologiyaları kollecinin tələbələri öz tələbə yoldaşlarına atəş açıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, o, dərsə atasının silahı ilə gəlib.

İlya İvanistov adlı gənc bir sinif yoldaşını güllə ilə yaralayıb, bir neçə nəfər isə pəncərədən tullanıb. Onlar sınıq xəsarəti alıblar.

Hamı sinifdən qaçandan sonra isə hücumçu intihar edib.

Bildirilir ki, əslində İvanistov bütün sinfi güllələmək istəyib, lakin tüfəngi yığmaq vaxtını alıb. O, qrup yoldaşına atəş açmazdan əvvəl hamıdan nifrət etdiyini deyib: «Əvvəllər siz məni incidirdiz, lağa qoyurduz, indi mənim növbəmdir»

Tələbələr isə Kuybışovdan olan hücumçunun heç kəs tərəfindən incidilmədiyini iddia edirlər.

Güllə yarası alan tələbə əməliyyata qaldırılıb. Digərləinin vəziyyəti isə orta ağır qiymətləndirilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.