İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi

11-05-2018, 09:11           
İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi
İŞİD liderinin Türkiyədə yaxalanan sağ qolu İsmail İthavi (Əbu Zeyd əl İraqi) bizə təslim edilib.

Bu sözləri İraqın hökumətinin təhlükəsizlik müşaviri Hişam Haşimi deyib.

O bildirib ki, sözügedən şəxsin telefonunda olan tətbiqetmə sayəsində 4 İŞİD komandanı da nəzarətə götürülüb:

“Əbu Zeyd fevral ayında tutulmuşdu. Bu yaxınlarda isə İraq hökumətinə təhvil verildi. Terrorçunun telefonunda olan Teleqram mesajlaşma proqramı vasitəsilə digər 4 İŞİD komandanı aldadılaraq İraqa gətirilib. Onlar elə sərhəddəcə tutulub. Terrorçuların arasında Şərqi Fəratın valisi Səddam Camal da var”.

Haşimi bildirib ki, İsmail və Camal bu günə qədər İŞİD-in yaxalanan ən böyük rütbəli terrorçularından biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru