Bakıda orta yaşlı kişiyə 16 bıçaq zərbəsi vurulub

12-05-2018, 09:19           
Bakıda orta yaşlı kişiyə 16 bıçaq zərbəsi vurulub
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Quliyev Tahir İnşallah oğlu II mikrorayonda yerləşən "Nənəmin Təndiri" adlı iaşə obyektinin qarşısında tanışı ilə şəxsi münasibətlər zəminində əlbəyaxa dava edib.

Nəticədə tanışı ona bədəninin müxtəlif nahiyələrindən 16 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru