Indoneziyada kilsələrdə partlayışlar zamanı ölənlərin sayı 9 nəfərə çatıb

13-05-2018, 10:35           

İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 40 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə İndoneziyanın "Globe" qəzeti məlumat yayıb.
Birinci partlayış yerli vaxtla səhər saat 07.15 radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib. Daha sonra 5 dəqiqə intervalla iki partlayış olub. İkinci partlayış Calan Diponeqoro şəhərindəki protestant kilsəsində, üçüncü partlayış Arcuno şəhərindəki kilsədə törədilib.

Kilsələrə hücum edənlər terrorçular dindarlar kimi geyinib və kilsələrdə dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.
***
saat 07.32
İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində 13 nəfər yaralanıb, bir nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Şərqi Yava polis idarəsinin nümayəndəsi Frans Barunq Manqera bildirib.
Onun sözlərinə görə, birinci partlayış səhər saat 07.00-da (Bakı vaxtı ilə 06.00-da) Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib. Nəticədə terrorçunun özü və bir dindar ölüb, ikisi polis olmaqla, 13 nəfər yaralanıb.

Partlayışlar həmçinin Calan Diponeqoro şəhərindəki iki kilsənin qarşısında törədilib. İkinci və üçüncü partlayışlar nəticəsində ölən və yaralananların sayı açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.