Üzərində “La ilahə illallah” yazılmış pivə satışa çıxarıldı

14-05-2018, 12:02           
Üzərində “La ilahə illallah” yazılmış pivə satışa çıxarıldı
Ramazan ayına bir neçə gün qalmış satışa çıxarılmış pivələr müsəlmanların etirazına səbəb olub.

“Privatbrauerei Eichbaum GmbH & Co. KG” adlı alman firması “Ureich” markalı pivə şüşələrinin üzərinə “La İlahe İllallah va Muhammadun Rasululallah” yazdırıb. Satışa çıxarılan pivələr xüsusilə Almaniyada yaşayan türklərin narazılığına səbəb olub.

Minval.İnfo xəbər verir ki, müsəlmanlar bu pivələrin tezliklə bazardan yığışdırılmasını və şirkətin üzr istəməsini tələb edirlər. Şirkət məsələyə münasibət bildirib.

Şirkətdən deyilib ki, bunun səbəbi Rusiyada keçiriləcək Dünya Çempionatı ilə bağlıdır: “Çempionatla bağlı məhdud sayda pivə istehsal edilib. Bu pivələrin qapaq hissəsi ölkələrin bayraqları əsasında dizayn edilib. Səudiyyə Ərəbistanı bayrağında yazılan “La ilahə illallah” sözü diqqətdən qaçıb, nəzərə alınmayıb. İslam dininə qarşı hər hansı bir qərəzli addımımız ola bilməz”.

Səudiyyə Ərəbistanı bayrağı – İslamı tərənnüm edən yaşıl parçanın üzərində “La İlahe İllallah va Muhammadun Rasululallah” ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru