Yerə kabus-asteroid yaxınlaşır

15-05-2018, 09:29           

Astronomların nəzarətdən qaçırdıqları kabus asteroid yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “EarthSky” nəşri məlumat yayıb.

“2010 WC9” asteroidi mayın 16-da yerli vaxtda 02.05-də Yer kürəsinə yaxınlaşacaq, 203 min km məsafədən saatda 46 min kilometr sürətlə keçəcək. Diametri isə 60-130 metr təşkil edir.

Sözügedən asteroid ilk dəfə 2010-ci ilin noyabrında aşkar edilib. Həmin ilin dekabrında diqqətdən itən göy cismi yenidən mayın 8-də peyda olub. Astronomlar onun planetə düşməsi təhlükəsinin olmadığını bildirirlər.

Mütəxəssislər asteroidi həvəskar teleskop müşahidə etmək mümkün olduğunu vurğulayıblar.

Qeyd edək ki, 2018-ci ilin fevralında Rusiya 210 milyard dollara kosmosdan gələn təhlükəni (asteroid əleyhinə silah) dəf etmək üçün istilik-nüvə meqaraketinin yaradılmasını təklif edib.
Yerə kabus-asteroid yaxınlaşır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru