Sumqayıtda tələbələr arasında kütləvi dava - Yaralananlar var

15-05-2018, 22:55           

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru