Orta əməkhaqqı ayda 1 manat artıb

16-05-2018, 12:43           

Azərbaycanda yarım illik fasilədən sonra orta aylıq əmək haqqı yenidən artmağa başlayıb.

Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu rəqəm aprelin 1-nə 532,4 manat təşkil edib. Bu isəmartın 1-i ilə müqayisədə 4,2% çoxdur.

Son bir ildə isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta maaşı 3,5% artıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi vətexniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, martın sonuna Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər təşkil edib. Bunlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumat üçün bildirmək lazımdır ki, ötən il orta əməkhaqqı 528 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru