Sabiq nazirin oğlundan villalarının sökülməsi xəbərinə reaksiya:"Orada anam yaşayırdı..."

19-05-2018, 00:14           

Bu gün mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək, yerində otel tikilməsi ilə bağlı məlumat yayılıb.

teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq nazirin oğlu Fərhad Əliyev yayılan məlumatlardan təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək, orada anasının yaşadığını söyləyib. Lakin F.Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru