Ona lağ edən ərini və qohumlarını zəhərlədi: 5 ölü, 120 xəstə

24-06-2018, 21:29           
Ona lağ edən ərini və qohumlarını zəhərlədi: 5 ölü, 120 xəstə
Hindistanın Maharaştra əyalətində bir qadın ona lağ edən həyat yoldaşı və qohumlarının yeməklərinə böcək dərmanı töküb.
Minval.info xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 120 nəfər zəhərlənib.

23 yaşındakı Praqya Survasenin belə bir addım atmasına səbəb həyat yoldaşı və qohumlarının onun dərisinin rənginə və bişirdiyi yeməklərə lağ etməsi olub. O, qonaqlıqda servis edilən yeməklərə böcək dərmanı tökərək onları öldürmək istəyib.
Qadın artıq tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki. ölənlərdən 4-ü uşaqdır. Zəhərlənən 120 nəfər isə xəstəxanada müalicə alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru