Ata uşağını maşında unutdu: 6 aylıq körpə havasızlıqdan öldü

25-06-2018, 01:21           
Ata uşağını maşında unutdu: 6 aylıq körpə havasızlıqdan öldü
Kanadada avtomobildə unudulan 6 aylıq körpə dünyasını dəyişib.

Montrealda baş vermiş hadisə barədə polis sözçüsü Jan Pier Brabant məlumat verib.

Adı açıqlanmayan ata körpəni baxçaya vermək əvəzinə maşında unudub. İşdən sonra körpəsini almaq üçün baxçaya gedən həmin şəxsə "Bu gün uşağınızı gətirməmisiniz" cavabı verilib. Daha sonra dərhal avtomobilə gedən ata körpəni huşsuz vəziyyətdə tapıb. Tibbi müdaxiləyə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Ölüm səbəbi kimi havasızlıq göstərilib.

Qeyd edək ki, polis cinayət işinin hələ açılmadığını, istintaq prosesindən sonra buna qərar veriləcəyini deyib. Hər iki valideynin şok keçirdiyi, xəstəxanaya yerləşdirildiyi bildirilir. (Sfera.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru