Liviya sahillərində 400-dən çox miqrant xilas edilib

25-06-2018, 07:18           

Liviya sahillərində həyata keçirilən iki əməliyyat zamanı 458 qeyri-qanuni miqrant xilas edilib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyanın Sahil Mühafizə Xidməti tərəfindən Homs şəhəri yaxınlığında 88-i qadın, 44-ü uşaq olmaqla 361 nəfər xilas edilib. Daha sonra isə Zliten şəhəri yaxınlığında 22-si qadın və 26-sı uşaq daxil olmaqla, 97 miqrantı xilas etmək mümkün olub.



Miqrantlar Tripolidəki hərbi-dəniz bazasına, oradan isə müvəqqəti məskunlaşma mərkəzinə çatdırılıblar.



Beynəlxalq Miqrasiya Təşkilatının son hesablamalarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 41 minə yaxın miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 960 miqrant ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru