Tramp Milli Antiterror Mərkəzinin direktoru vəzifəsinə namizəd irəli sürüb

26-06-2018, 08:49           

ABŞ prezidenti Donald Tramp Milli Antiterror Mərkəzinin direktoru postuna Cozef Maquayrın namizədliyini irəli sürüb.



APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir. 66 yaşlı C. Maquayrın namizədliyini Senat təsdiq etməlidir.



Hazırda sabiq ABŞ Hərbi-Dəniz Qüvvələrinin vitse-admiralı Cozef Maquayr “Special Operations Warrior Foundation” qeyri-hökumət təşkilatına rəhbərlik edir. Təşkilat xüsusi əməliyyatlar zamanı həlak olan ABŞ əsgərlərinin uşaqlarına yardım edir.



C.Maquayr Milli Antiterror Mərkəzinin direktoru postunda 2014-cü ildən quruma rəhbərlik edən və bu yaxınlarda vəzifəsini tərk edən Nikolas Rasmusseni əvəzləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru