Bakıda ağlasığmaz cinayət: Ailənin böyük oğlu anasını və qardaşını yandırdı (Təfərrüat)

26-06-2018, 11:17           
Bakıda ağlasığmaz cinayət: Ailənin böyük oğlu anasını və qardaşını yandırdı (Təfərrüat)
Bakının Xəzər rayonunda ağlasığmaz cinayət baş verib. Qala qəsəbəsinin sakini Kolosov Vitali Vladimiroviç içində anası və kiçik qardaşının olduğu evi yandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət iyunun 22-də gecə saat 00:55-də baş verib. Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın baş verib. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də Vadim Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Onun anasının vəziyyəti isə hələ də ağır olaraq qalır.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Hazırda faktla bağlı təhqiqat aparılır və cinayətin baş vermə şəraiti araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.