Suriyanın cənubunda yüzlərlə silahlı dövlətə təslim olub

28-06-2018, 08:33           
Suriyanın cənubunda yüzlərlə silahlı dövlətə təslim olub

Suriyanın Daraa əyalətində aralarında silahlıların da olduğu 1000 nəfərə yaxın insan dövlətə təslim olub.

"Report" SANA-ya istinadən xəbər verir ki, Şaara qəsəbəsində təqribən 250 yaraqlı silahı yerə qoyub.

Həmçinin orduda hərbi xidmətdən yayınan və istintaq orqanları tərəfindən təqib olunan daha bir neçə yüz insan hökumətə təslim olub. Ümumilikdə yaşayış məntəqəsində 450 nəfər təslim olub.

Kərim qəsəbəsində 400 nəfər, o cümlədən 31 yaraqlı təslim olub. Daha 150 vətəndaş isə Əl-Şarai kəndində təslim olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru