Fazil Məmmədovun həkimi DANIŞDI: - “Amerikada müalicə alır”

28-06-2018, 16:15           
Fazil Məmmədovun həkimi DANIŞDI: - “Amerikada müalicə alır”
Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Dia.az Modern.az-a istinadən bildirir ki, sabiq nazirin yaxın çevrəsindən verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer də Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru