Bakıda 50 yaşlı kişi ailəsi ilə mübahisədən sonra intihar edib

29-06-2018, 08:37           

Bakının Xətai rayonunda intihar faktı qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə Neapol küçəsi 19 ünvanında baş verib.



Məlumata görə, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, yaşadığı binanın 5-ci mərtəbəsində eyvana çıxaraq özünü yerə atıb. Ağır xəsarətlər alan N.Cabbarov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru