İran məhv edilir: Bu ölkə ABŞ-ın tərəfinə keçdi

29-06-2018, 11:38           

Hindistan Neft Nazirliyi neft ayırma ilə məşğul olan şirkətlərə müraciət edərək, İrandan neft idxalının kəskin şəkildə azaldılmasına hazırlaşmağı tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Əlcəzirə” televiziyası yayıb. Televiziya Hindistanın bununla ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə hazırlaşdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə müraciət edərək, noyabr ayından etibarən İrandan neft idxalını dayandırmalarını istəyib. Bəzi ölkələr, xüsusilə Çin buna qarşı çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru