Bakıda cərimə meydançasında maşınlar yandı - İcra başçısı gəldi - YENİLƏNİB + Fotolar

29-06-2018, 17:56           

Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.

Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb/qafqazinfo.

***

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.